"Atletiko"nun hücumçusu Aleksandr Sörlot Türkiyəyə qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "A Spor" televiziyası məlumat yayıb.

"Fənərbaxça" norveçli futbolçunu heyətinə qatmaq istəyir. İstanbul nəhəngi 29 yaşlı forvard üçün 25 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki,  "Atletiko" Aleksandr Sörlotu ötən ilin yayında "Vilyarreal"dan transfer edib. Təcrübəli oyunçu daha əvvəl Türkiyədə "Trabzonspor"un formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest