"Atletiko" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, Madrid klubunun əsas hədəfi "Tottenhem"də çıxış edən Kristian Romerodur. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.

"Tottenhem" argentinalı mərkəz müdafiəçisini satmağa hazırdır. Lakin onlar 27 yaşlı futbolçu üçün 70 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, Kristian Romero ötən mövsüm "Atletiko"nun heyətində keçirdiyi 26 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest