27 İyun 2025, 17:53
FUTBOL
"Napoli" qapıçı Aleks Meretin müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə İtaliya çempionunun rəsmi saytı məlumat yayıb.
28 yaşlı qolkiperlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, İtaliya millisinin üzvü olan Alkes Meret ötən mövsüm "Napoli"nin heyətində 25 oyunda iştirak edib.