"Real" klublararası dünya çempionatının qrup mərhələsində ən çox qazanc əldə edən komanda olub.

Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Bildirilir ki, Madrid klubuna 32,8 milyon avro ödənilib. Əlavə ödənişləri nəzərə alsaq, məsələn, müsabiqənin pley-off mərhələsinə çıxdığı üçün, İspaniya nəhənginin qazancı 43,55 milyon avro olub.

İkinci yerdə "Mançester Siti" qərarlaşıb. İngilis klubunun sabit gəliri 30,9 milyon avro təşkil edib. Əlavə ödənişləri nəzərə alsaq, İngiltərə təmsilçisi 42,51 milyon avro qazanc əldə edib.

Bu göstəricidə ilk "üçlük"də 27,8 milyon avro sabit gəlirlə "Bavariya" yer alıb. Ümumilikdə bu günə kimi Münhen klubu 37,69 milyon avro qazanıb.

Qeyd edək ki, ABŞ-da keçirilən çempionata iyulun 13-də yekun vurulacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest