Turnirin əsas favoriti uğur şansı 20,6% olan PSJ-dir.
"Opta" analitik portalının superkompüteri qrup mərhələsindən sonra komandaların klublararası dünya çempionatında qalib olmaq şanslarını qiymətləndirib.
Matc.az xəbər verir ki, turnirin əsas favoriti uğur şansı 20,6% olan PSJ-dir.
Qeyd edək ki, klublararası dünya çempionatının 1/8 final mərhələsi 28 iyun şənbə günü başlayacaq və iyulun 2-dək davam edəcək. Yarışın final oyunu isə iyulun 13-də keçiriləcək.
Pley-off mərhələsi öncəsi klublararası dünya kubokunu qazanmağa əsas 10 namizəd:
1. PSJ - 20,6%.
2. "Mançester Siti" - 20,4%.
3. "İnter" - 12,4%.
4. "Bavariya" - 11,3%.
5. "Çelsi" - 10,4%.
6. "Real" (Madrid) - 9,7%.
7. "Borussiya" (Dortmund) - 5,6%.
8. "Benfika" - 4,2%.
9. "Yuventus" - 2,5%.
10. Palmeiras - 0,9%.