"Barselona"nın 33 yaşlı qapıçısı Mark-Andre ter Ştegen onunla maraqlanan "Monako"ya Kataloniya klubundan ayrılmaq istəmədiyini bildirib.

Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Bildirilir ki, almaniyalı qolkiper İspaniya nəhənginin əsas heyətində yer almaq üçün mübarizə aparmaq niyyətində olduğunu vurğulayıb.

Bununla belə, ter Ştegen fikrini dəyişə bilər, çünki o, Almaniya millisinin tərkibində 2026-cı il dünya kubokunda oynamaq istəyir. Bunun üçün ona "Barselona"da əldə edə bilməyəcəyi müntəzəm oyun təcrübəsi lazımdır.

       

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest