"Sportinq"in mərkəzi hücumçusu Viktor Qyökereş hələ də "Mançester Yunayted"ə keçə bilər.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

Bildirilir ki, 27 yaşlı isveçli ilə digər klubların marağına baxmayaraq, o, Mançester təmsilçisinə komandaya qoşulmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, ötən mövsüm Qyökereş bütün turnirlərdə 52 matçda iştirak edib, 54 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında oyunçunun dəyəri 75 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest