Stefano Pioli ilə yollarını ayıran "Əl-Nəsr" baş məşqçi postuna Jorje Jezusu gətirmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Arriyadiyah" paylaşıb.

Bildirilir ki, klub rəhbərliyi artıq portuqaliyalı mütəxəssislə danışıqlara başlayıb. "Əl-Nəsr" 70 yaşlı mütəxəssisə illik 7 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Jorje Jezusun son iş yeri Səudiyyə Ərəbistanının digər təmsilçisi "Əl-Hilal" olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest