28 İyun 2025, 11:42
FUTBOL
"Barselona" bir mövsümlük icarə əsasında "Monako"ya keçməyə yaxın olan 22 yaşlı vinger Ansu Fatinin maaşından təxminən 8 milyon avro qənaət edəcək.
Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Bildirilir ki, Fransa klubu ispan futbolçunu 11 milyon avroya almaq opsiyasına sahib olacaq. "Monako" bunu aktivləşdirsə, kataloniyalılar Fatini geri ala bilməyəcək.
Qeyd edək ki, hücumçu ötən mövsüm bütün turnirlərdə 11 matçda iştirak edib, lakin fərqlənə bilməyib. 22 yaşlı hücumçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 5 milyon avrodur.