Yeqor Xvalkonun klubla müqaviləsi başa çatıb və futbolçu "Kəpəz"i tərk edib.

"Kəpəz" kapitanı Yeqor Xvalko ilə vidalaşıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.

Yeqor Xvalkonun klubla müqaviləsi başa çatıb və futbolçu "Kəpəz"i tərk edib.

Belaruslu müdafiəçi son üç ildə "sarı-göylər"in şərəfini qoruyub. Onun Gəncədəki karyerası 2022-2023-cü illər mövsümündən başlayıb. 28 yaşlı oyunçu "Kəpəz"in heyətində 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub.

Qeyd edək ki, Yeqor son iki mövsümdə "Kəpəz"in kapitanlarından olub.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest