28 İyun 2025, 14:29
FUTBOL
"Əl-Nəsr"in hücumçusu Con Duran karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano paylaşıb.
"Fənərbaxça" kolumbiyalı forvardla bağlı Səudiyyə Ərəbistanı komandası ilə danışıqlara başlayıb.
Qeyd edək ki, "Əl-Nəsr"ə qışda keçən 21 yaşlı hücumçu, bu müddət ərzində 18 oyunda 12 qol ilə yadda qalıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 35 milyon avro qiymətləndirilir.