PSJ Berlin "Yunion"unun 26 yaşlı mərkəz müdafiəçisi Dioqo Leyte ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirilir ki, portuqaliyalı futbolçunun potensial transferi Fransa nəhənginə 13 milyon avroya başa gələ bilər. PSJ-nin futbolçu üçün bu qiymətdən razı qaldığı vurğulanır.

Qeyd edək ki, Leyte 2022-ci ilin yayından "Yunion"da çıxış edir. Ötən mövsüm o, bütün turnirlərdə 31 matçda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun Bundesliqa klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərədə tutulub. "Transfermarkt" portalında 26 yaşlı müdafiəçinin dəyəri 17 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest