28 İyun 2025, 19:08
FUTBOL
"Neftçi" növbəti transferini rellaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubunun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, Murad Xaçayevlə 2 illik müqavilə imzalanıb.
Donetsk "Şaxtyor"unun yetirməsi olan 27 yaşlı müdafiəçinin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub.
O, Sumqayıt təmsilçisində "Neftçi"nin hazırkı baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da oynayıb.
Qeyd edək ki, Xaçayev millinin heyətində 1 oyun keçirib.