"Monako" fransız yarımmüdafiəçi Pol Poqba ilə müqavilə imzaladığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat paylaşıb.
Bildirilir ki, 32 yaşlı futbolçu ilə müqavilə 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.
Poqba əvvəllər "Mançester Yunayted" və "Yuventus"da çıxış edib, o, Avropa Liqasının qalibi, 4 dəfə İtaliya çempionu, iki dəfə İtaliya Kubokunun qalibi, üç dəfə İtaliya Superkubokunun qalibidir. Fransa millisinin tərkibində Poqba 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi, UEFA Millətlər Liqasının çempionu və Avropanın vitse-çempionu olub.
Qeyd edək ki, Poqba dopinqə görə 4 illik diskvalifikasiya edilmişdi. Sonradan bu müddət 18 aya endirildi. Fransa millisinin sabiq futbolçusu cəzasını mart ayında başa vurub.