29 İyun 2025, 00:10
FUTBOL
"Kəpəz" portuqaliyalı futbolçular Dioqo Verdaşka, Rojerio Santos və Valdemar Almeyda ilə yollarını ayırıb.
"Kəpəz" portuqaliyalı futbolçular Dioqo Verdaşka, Rojerio Santos və Valdemar Almeyda ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, hər üç futbolçunun müqaviləsi başa çatıb.
"Pana" ləqəbli Almeyda çempionatda "Kəpəz" forması ilə keçirdiyi 29 oyunda 1 dəfə fərqlənib. Müdafiəçi olan Verdaşka 27, Santos isə 31 matçda Gəncə klubunun şərəfini qoruyub.
Qeyd edək ki, "Kəpəz" müqaviləsi başa çatan Yeqor Xvalko, Trent Buhagiar, Rati Ardazişvili və Kərim Lkoça ilə də müqavilə yeniləməyərək, yollarını ayırıb.