PAOK "Benfika"dan icarəyə götürdüyü yarımmüdafiəçi Soualiho Meyteni almaq opsiyasını aktivləşdirib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Yunanıstan klubunun mətbuat xidməti paylaşıb.

Bildirlir ki, portuqaliyalıya təzminat məbləği 1 milyon avro təşkil edəcək.

Qeyd edək ki, ötən mövsüm 31 yaşlı fransız futbolçu yunanların heyətində bütün turnirlərdə 12 oyun keçirib və bir məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest