"Əl-Nasr"ın hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının dünyanın ilk "beşliy"i arasında olub-olmaması ilə bağlı fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının inkişafda olduğunu vurğulayıb.

"Əlbəttə, liqamız hələ də inkişaf edir, lakin biz artıq dünyanın ilk "beşliy"i arasındayıq. Hələ vaxtımız var, son iki ildə peşəkarcasına çox inkişaf etdik.

Mən xoşbəxtəm, çünki bu çempionat çox rəqabətlidir. Yalnız burada oynamayan və ya futboldan anlamayan adamlar deyə bilər ki, bu, top çempionat deyil. Mən burada oynayıram və nə danışdığımı bilirəm", - Ronaldo bildirib.

Xatırladaq ki, Ronaldi 2023-cü ilin yanvarından "Əl-Nəsr"də çıxış edir. Bu müddət ərzində o, 105 oyun keçirib, 93 qol vurub və 19 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest