29 İyun 2025, 11:30
FUTBOL
Gəncə təmsilçisi yarımmüdafiəçisi Tural Rzayevlə yollarını ayırıb.
"Kəpəz" yarımmüdafiəçisi Tural Rzayevlə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, futbolçunun başa çatan müqavilə müddəti yenilənməyib.
Gəncə futbol məktəbinin yetirməsi olan Rzayev "sarı-göylər"də 2015-2016-cı illər mövsümdə debüt edib. O, qərb təmsilçisinin heyətində 6 mövsüm keçirib. Bu müddətdə 122 oyuna çıxıb və 1 qol vurub.