"Turan Tovuz"un yay hazırlıq planı bəlli olub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Tovuz klubu iyulun 1-də Hünər təlim-məşq bazasında çalışmalara start verəcək. Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komanda iyulun 6-da Türkiyəyə yola düşəcək.
Ankaranın Qızılcahamam bölgəsindəki "Çam Otel"də məskunlaşacaq "Turan Tovuz" iyulun 19-dək məşqlərini burada davam etdirəcək. Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. "Von Resort Abant" otelində məskunlaşacaq komanda Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında baş tutacaq.
Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.
Qeyd edək ki, rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.