Yevlax klubunda müdafiəçi Müşviq Teymurovla bağlanan müqavilənin müddəti bitib.

Yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək "Karvan" daha bir futbolçusu ilə yolları ayırıb.

Matc.z xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, müdafiəçi Müşviq Teymurovla bağlanan müqavilənin müddəti bitib.

Yevlax futbol məktəbinin yetirməsi olan Teymurov son iki mövsümdə "Karvan"da 45 oyun keçirib və komandanın kapitanlarından olub.

Qeyd edək ki, "Karvan" bu yay Emil Qasımov, Ezekiel Morqan, Bəhruz Teymurov, İzzət Müştaqov və Elvin İsmayılovla da vidalaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest