"Lion" hələ də növbəti mövsümdə Fransanın yüksək liqasında və Avropa Liqasındakı yerini qoruyub saxlayacağına ümid edir, lakin bu, onlara baha başa gələ bilər.
Matc.az xəbər verir ki, bu barədə "Ouest-France" məlumat yayıb.
Fransa klubu əməkdaşlıq müqaviləsinə əsasən UEFA-nın cəriməsini artıq ödəyiblər (12,5 milyon avro), lakin "Lion" aşağı liqaya düşmələrinə qarşı apellyasiya şikayətini qazanarsa, bu məbləğ 50 milyona qədər arta bilər.
Əgər klub uğursuzluğa düçar olub Liqa 2-yə düşsə, o zaman heç kim 12,5 milyon avronu qaytarmayacaq, lakin qalan 37,5 milyon avronu da tələb etməyəcək.
Keçən il "Lion"un 500 milyon avroya yaxın borcu olduğu bildirilir. Bununla belə, Fransa klubunun sahibi olan "Eagle Football Group" konsorsiumu DNCG-ni klubdakı vəziyyətin yaxşılaşdığına inandırmaq üçün bir neçə maliyyə rıçaqından istifadə edərək, Con Tekstorun "Krisal Pelas" və Lion qadın komandasındakı payını satıb. Lakin bu addımların heç biri DNCG-nin tələblərini qane etməyib.
Nəticədə klub ali orqanın qərarından apellyasiya şikayəti verərək, komandada maliyyə vəziyyətinin yaxşılaşdığına dair yeni sübutlar əlavə edib.
Hətta PSJ də Barkolun transferi üçün komandaya vaxtından əvvəl pul ödəməyərək "Lion"a kömək göstərib.
Xatırladaq ki, "Lion" Rayan Çerkinin "Mançester Siti"yə satışından da bonuslar daxil olmaqla 35 milyon avro qazanıb.