"Əl-Nəsr"in hücumçusu və kapitanı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsini uzatdıqdan sonra idman sahəsində strateji qərarlar qəbul etməkdə müəyyən səlahiyyətlər əldə edib.

Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Bildirilir ki, portuqaliyalı futbolçu əvvəllər "Əl-Hilal"a rəhbərlik etməsinə baxmayaraq, həmyerlisi Xorxe Xesusun komandaya baş məşqçi təyin olunması üçün təşəbbüs göstərir. Həmçinin Ronaldonun təsiri sayəsində keçmiş portuqaliyalı futbolçular Joze Semedo və Simao Koutinyonun "Əl-Nəsr" idarə blokuna qoşulacağı gözlənilir.

Xatırladaq ki, daha əvvəl Səudiyyə klubu Ronaldo ilə müqavilənin 2027-ci ilə qədər uzadıldığını açıqlamışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest