29 İyun 2025, 18:56
FUTBOL
"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışında daha bir rəqibi müəyyənləşib. Azərbaycan çempionu "Zalstburq"la yoldaşlıq oyunu keçirəcək.
Matc.az xəbər verir ki, bu barədə Avstriya klubunun mətbuat xidməti məlumat yayıb.
Görüş iyulun 15-də baş tutacaq və oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Xatırladaq ki, hazırlığın Avstriya mərhələsində, iyulun 7-də Ağdam təmsilçisi Ukraynanın "Metalist 1925" klubu ilə də qüvvəsini sınayacaq.