Azərbaycan Kubokunun qalibi Sloveniyada Rumıniyanın "Rapid" klubu ilə qarşılaşıb.

"Sabah" bu gün Avstriyadakı yay toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb. 

Matc.az xəbər verir ki, Azərbaycan Kubokunun qalibi Sloveniyada Rumıniyanın "Rapid" klubu ilə qarşılaşıb.

Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. Masazır klubunun qollarını Coy-Lens Mikels və Xəyal Əliyev vurub. 

Bu, komandanın yeni baş məşqçisi Valdas Dambrauskasın "Sabah"da ilk oyunu olub. 

Qeyd edək ki, "Sabah" ikinci yoxlama matçını iyulun 3-də Macarıstanın "Paksi" klubuna qarşı keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest