30 İyun 2025, 00:29
FUTBOL
"Çelsi" "Brayton"un hücumçusu Joao Pedro ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Athletic" paylaşıb.
Bildirilir ki, London klubu 23 yaşlı braziliyalı futbolçu ilə 7 illik müqavilə bağlayacaq.
Pedronun "Çelsi"yə transferinin məbləği 58,5 milyon avro olaraq qiymətləndirilir və hazırda tibbi müayinədən keçmək məsələsi həll olunur. Joao Pedro ABŞ-da keçirilən klublararası dünya çempionatında Enzo Mareskanın komandasına qoşula bilər.
Qeyd edək ki, Pedro 2023-cü ilin yayından "Brayton"da çıxış edir. Ötən mövsüm 23 yaşlı hücumçu İngiltərə Premyer Liqasında 27 matçda iştirak edib, 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.