30 İyun 2025, 11:59
FUTBOL
"AZ Alkmar"ın futbolçusu Kees Smit İspaniya La Liqasında çıxış edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Diario AS" nəşri məlumat yayıb.
"Real" niderlandlı futbolçu ilə ciddi şəkildə maraqlanır. "Kral klubu" 19 yaşlı yarımmüdafiəçi üçün təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Kees Smit "AZ Alkmar"ın yetirməsidir. Niderland U-19 millisinin üzvü ötən mövsüm Eredivizie təmsilçisinin heyətində keçirdiyi 43 oyunda 10 qol vurub, 7 qol ötürməsi edib.