30 İyun 2025, 12:53
FUTBOL
"Börnli"nin qapıçısı Ceyms Trafford Premyer Liqada klubunu dəyişəcək.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
"Nyukasl" 22 yaşlı qolkiperin keçidini yekunlaşdırmaq üzrədir. İngiltərə millisinin üzvü yaxın günlərdə yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, "Börnli" Ceyms Traffordu 2023-cü ilin yayında "Mançester Siiti"dən transfer edib.