UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Hayduk" kapitanı Lovre Kaliniçlə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı qapıçının klubla başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk oyunu 23 iyul tarixində Bakıda keçirəcək. Komandalar arasındakı cavab görüşü isə iyulun 31-də Splitdə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest