"Çelsi"nin qapıçısı Corce Petroviç karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Qalatasaray" serbiyalı qolkiperi  transfer etmək istəyir. İstanbul nəhəngi "Çelsi"yə 20 milyon avro təklif edib. Transferin reallaşmaq ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Corce Petroviç ötən mövsüm icarə əsasında "Strasbur"da çıxış edib. 25 yaşlı qolkiperin "Çelsi" ilə müqaviləsi 2030-cu ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest