Klublararası dünya çempionatının 1/8 finalında Almaniyanın Dortmund "Borussiya"sı ilə Meksikanın "Monterrey" komandaları üz-üzə gəlib.

Matc.az xəbər verir ki, Atlantada baş tutan qarşılaşma Almaniya təmsilçisinin qələbəsi ilə başa çatıb.

14-cü dəqiqədə "Borussiya" hücumçu Seru Qirassinin dəqiq zərbəsindən sonra hesabı açıb, 24-cü dəqiqədə isə forvard dubl edərək Almaniya klubunun fərqini ikiyə çatdırıb. 48-ci dəqiqədə "Monterrey"in hücumçusu German Berterame meksikalıların hesabında 1 qola imza atıb.

Qeyd edək ki, "Borussiya" 1/4 finalda "Real" ilə qarşılaşacaq. "Fluminense" "Əl-Hilal"la, "Palmeyras" "Çelsi"ylə, PSJ isə "Bavariya" ilə üz-üzə gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest