02 İyul 2025, 10:24
FUTBOL
Fransa millisi ilə dünya çempionu olmuş Olivye Jiru "Lill"lə müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
38 yaşlı hücumçu ilə müqavilə 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub. O, 2023-cü ilin yayından çıxış etdiyi "Los-Anceles"dən azad agent kimi ayrılıb.
Qeyd edək ki, MLS-də forvard 38 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Jiru bundan əvvəl Fransada "Qrenobl", "İstres", "Tours" və "Monpelye" klublarında çıxış edib.