02 İyul 2025, 12:33
FUTBOL
İsmail Kartal İranın "Persepolis" klubundan ayrılıb.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
64 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, İsmail Kartal bu ilin yanvar ayında "Persepolis"in baş məşqçisi postuna təyin olunmuşdu. Tehran təmsilçisi onun rəhbərliyi altında keçirdiyi 16 oyunda 8 qələbə qazanıb, 4 heç-heçə edib, 4 dəfə isə məğlub olub.