02 İyul 2025, 13:17
FUTBOL
"Everton" Cerred Brentueytin müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə U-21 millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, Cerred Brentueyt 2020-ci ilin yanvar ayından "Everton"da çıxış edir. 23 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 33 oyunda 1 qol ötürməsi edib.