02 İyul 2025, 13:37
FUTBOL
"Liverpul"un müdafiəçisi Carrel Kuansa karyerasını Almaniyada davam etdirəcək.
Matc.az xəbər verir ki, "Bayer" ingiltərəli futbolçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bundesliqa klubu Kuansa üçün qarşı tərəfə 30+5 milyon funt-sterlinq təzminat ödəyəcək. "Bayer" 22 yaşlı mərkəz müdafiəçisi 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Carrel Kuansa "Liverpul"un yetirməsidir. İngiltər U-21 millisinin üzvü ötən mövsüm Mersisayd təmsilçisinin heyətində 25 oyunda meydanda olub.