"Fənərbaxça"nın müdafiəçisi Yusuf Akçiçek karyerasını İtaliyada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.

"Bolonya" türk futbolçunu transfer etmək istəyir. A Seriyası təmsilçisi 19 yaşlı mərkəz müdafiəçisi üçün rəsmi təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, Yusuf Akçiçek ötən mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 20 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest