"Eyüpspor" "Qalatasaray"ın yarımmüdafiəçisi Kerem Demirbayı transfer edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi İstanbul təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Almaniya millisinin sabiq üzvü "Eyüpspor"da 10 nömrəli formanı geeyinəcək.

Qeyd edək ki, Kerem Demirbay ötən mövsum "Qalatasaray"ın heyətində 34 oyunda 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest