İspaniyalı müdafiəçi Lukas Vaskes "Real"ı tərk edəcək.

Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı veteranın klubla müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədə olub və müqavilə klublararası dünya çempionatı müddətinə uzadılıb. Bundan sonra "Real" rəhbərliyi Vaskeslə əməkdaşlığı uzatmamaq qərarına gəlib. Sabah müdafiəçinin komanda ilə vida mərasimi baş tutacaq.

Qeyd edək ki, Lukas Vazkes 16 yaşında Madrid klubunun akademiyasına qatılıb, bundan sonra əvvəlcə icarəyə götürülüb, sonra isə daimi olaraq "Espanyol"a transfer olunub. Bir il sonra o, "Real"a qayıdıb və bu komandada 398 oyun keçirib, 38 qol vurub və 73 məhsuldar ötürmə verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest