"Barselona" və "Real" "Bavariya"nın müdafiəçisi Dayot Upamekanonu transferini hədəfləyir.

Matc.az xəbər verir ki, bu barədə "FootMercato" məlumat yayıb.

Upamekanonun müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Alman klubu yeni müqavilə üzrə danışıqlar aparmağa çalışsa da, hazırda danışıqlar dayandırılıb.

Madrid klubu hazırda Antonio Rüdiger və David Alabanı əvəzləmək istədiyi üçün Fransa millisinin üzvü ilə maraqlanır. Onun xidmətində "Barselona" da maraqlıdır.

Qeyd edək ki, Upamekano 2021-ci ilin yayından "Bavariya"da çıxış edir. Onun hazırkı transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir. Bu mövsüm o, bütün yarışlarda 9 oyun keçirib, lakin fərqlənə biləmiyb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest