17 Oktyabr 2025, 11:17
FUTBOL
"Liverpul" "Aston Villa"nın futbolçusu Morqan Rocersi transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Mersisayd təmsilçisi ingiltərəli hücumameyilli yarımmüdafiəçi üçün onun klubu ilə danışıqlara başlamağı planlaşdırır. "Aston Villa" Rocers üçün 70 milyon funt-sterlinq qiymət qoyub.
23 yaşlı oyunçu ilə "Liverpul"dan başqa bir neçə Premyer Liqa klubu da maraqlanır.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Morqan Rocers bu mövsüm "Aston Villa"nın heyətində keçirdiyi 10 oyunda 2 qol ötürməsi edib.