16 Oktyabr 2025, 20:12
FUTBOL
"İnter" qış "transfer pəncərəsi"ndə yarımmüdafiəçi Davide Frattesini satmağı düşünür.
Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
Bildirilir ki, yeni baş məşqçi Kristian Çivunun təyinatından sonra italiyalının komanda daxilindəki mövqeyi zəifləyib.
Məşqçi dəyişikliyindən sonra Frattesi xeyli az oyun vaxtı alır. Çivu fərqli bir taktiki sistem tətbiq edir, bu da sahənin mərkəzində hiyerarxiyanı dəyişdirib və yarımmüdafiəçi əsas oyunçu statusunu itirib. Bu, yeni müqavilə ilə bağlı danışıqların dayandırılmasına səbəb olub.
Qeyd edək ki, 2024/25 mövsümündə 24 yaşlı futbolçu bütün yarışlarda "İnter"in heyətində cəmi 4 oyuna çıxıb.