"Kristal Pelas"ın baş məşqçisi Oliver Qlasner komandanın kapitanı Mark Quehinin gələn yay klubu tərk edəcəyini açıqlayıb.

Matc.az xəbər verir ki, müdafiəçinin London klubu ilə müqaviləsi 2025/2026 mövsümünün sonunda başa çatır.

"Mark artıq bizə yeni müqavilə imzalamayacağı və gələn il ayrılacağı barədə məlumat verib. Klub onun qalmasını istəyirdi. Ona yeni müqavilə təklif etdilər. Amma o, "yox, başqa bir şey sınamaq istəyirəm" dedi", - Qlasner açıqlamasında deyib.

Qeyd edək ki, ötən yay "Liverpul" Quehi ilə maraqlanmışdı. Mətbuatda yayılan xəbərlərə görə, Oliver Qlasner "transfer pəncərəsi"nin son günlərində ulduz müdafiəçisinin satılmasına qarşı ultimatum verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest