Mərakeşli yarımmüdafiəçi Hakim Ziyeç Kasablanka klubu "Vidad" ilə müqavilə bağladıqdan sonra vətənə qayıdacaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat verib.

32 yaşlı yarımmüdafiəçi azad agent kimi Mərakeş klubuna keçəcək. Ziyeç 2025-ci ilin iyulundan Qətərin "Əl-Duhail" klubu ilə müqaviləsi başa çatdıqdan sonra komandasızdı.

Hakim Ziyeçin Niderland liqasında, xüsusən də Çempionlar Liqasının yarımfinalına yüksəldiyi Amsterdam "Ayaks"ı ilə ulduzu parlayıb.

"Ayaks"dan sonra mərakeşli futbolçu 40 milyon avroya "Çelsi"yə transfer olub və 2020/21 Çempionlar Liqasının qalibi olub. Lakin 2023-cü ilə qədər Ziyeç icarə əsasında "Qalatasaray"a keçib. O, iki il də karyerasını Türkiyədə davam etdirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest