"Neftçi" klubu yeni transferini açıqlayıb.

Matc.az xəbər klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı Vinsent Abubakarla müqavilə imzalanıb.

Klub sosial şəbəkə səhifələrində kamerunlu futbolçu ilə bağlı video paylaşıb.

Qeyd edək ki, "Porto" (Portuqaliya), "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı), "Beşiktaş" (Türkiyə) kimi klublarda forma geyinmiş Abubakarın son iş yeri qardaş ölkənin digər təmsilçisi "Hatayspor" olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest