27 Oktyabr 2025, 18:21
FUTBOL
"Napoli" "Mançester Yunayted"dən icarəyə götürdüyü Rasmus Höylunnun transfer hüquqlarına yiyələnmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Neapol təmsilçisi danimarkalı hücumçusu üçün 44 milyin avroluq satınalma bəndini qarşıdakı aylarda işə salacaq. 22 yaşlı forvard özü də hazırkı komandasında qalmağa isti yanaşır.
Qeyd edək ki, "Napoli" Höylunnu bu ilin sentyabr ayında icarəyə götürüb. Futbolçu komandanın heyətində keçirdiyi 6 oyunda 4 qol vurub.



_1761592149.jpg)

_1761586939.jpg)
_1761586541.jpg)





