27 Oktyabr 2025, 20:17
FUTBOL
"İnter Mayami" bu ilin sonunda müqaviləsi başa çatan Luis Suareslə bağlı qərarını verib.
Matc.az xəbər verir ki, MLS təmsilçisi uruqvaylı hücumçunu komandada saxlamaq istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.
ABŞ klubu 38 yaşlı forvarda gələn ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə təklif edəcək.
Qeyd edək ki, Luis Suares bu mövsüm "İnter Mayami"nin heyətində keçirdiyi 30 oyunda 14 qol vurub, 15 qol ötürməsi edib.





_1761598465.jpg)

_1761592149.jpg)


_1761586939.jpg)
_1761586541.jpg)
