"Fənərbaxça"nın futbolçusu Sebastian Şimanski karyerasını Fransada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Transferfeed" məlumat yayıb.

"Lion" polşalı yarımmüdafiəçini transfer etmək istəyir. Liqa 1 təmsilçisi Şimanskini yanvar ayında heyətinə qatacaq. İstanbul nəhəngi 26 yaşlı oyunçu üçün 14 milyon avro tələb edir.

Qeyd edək ki, Sebastian Şimanski bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 17 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest