30 Oktyabr 2025, 16:10
FUTBOL
Lukas Beraldo PSJ-dən ayrılmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Braziliya millisinin üzvü az oynamasından narazıdır. 21 yaşlı mərkəz müdafiəçisi dünya çempionatı öncəsi daha çox forma şansı qazana biləcəyi bir kluba keçməyi planlaşdırır.
İngiltərə və İtaliya klubları "sambaçı" ilə maraqlanır. Fransa nəhəngi oyunçusuna 30 milyon avro qiymət qoyub.
Qeyd edək ki, Lukas Beraldo bu mövsüm PSJ-nin heyətində Liqa 1-də keçirdiyi 7 oyunda 1 qol vurub.












