"Arsenal" Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Slaviya" üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanaraq bir neçə şəxsi və ümumi rekord qırıb.

Matc.az xəbər verir ki, "Arsenal"ın yarımmüdafiəçisi Maks Douman Çempionlar Liqası qarşılaşmasında meydana çıxan tarixdəki ən gənc oyunçu oldu. İngilis futbolçu hazırda cəmi 15 yaş 308 günlükdür.

"Arsenal" həmçinin 1969/70 mövsümündən bəri Çempionlar Liqasında ardıcıl dörd dəfə qapısında qol görməyən ilk, ümumilikdə isə ikinci ingilis komandası oldu.

Bundan əlavə, londonluların müdafiəsi 1903-cü ildən bəri ilk dəfə ardıcıl səkkiz oyunda qapısında qola imkan verməyib.

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin 4 turundan sonra "Arsenal" 4 qələbə qazanıb, 11 qol vurub və qapısını toxunulmaz saxlaya bilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest