04 Noyabr 2025, 16:39
                
                
                
                                FUTBOL 
                                
                
               
              Püşk zamanı ikinci səbətdə yer alan millimiz 3-cü qrupda Macarıstan, Şimali Makedoniya və Andorra yığmalarına rəqib olub.
				 
 
Qadın futbolçulardan ibarət milli komandalar arasında DÇ-2027-nin seçmə mərhələsinin püşkü atılıb.
Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə C liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib. Püşk zamanı ikinci səbətdə yer alan millimiz 3-cü qrupda Macarıstan, Şimali Makedoniya və Andorra yığmalarına rəqib olub.
DÇ-2027-nin seçmə mərhələsinə 2026-cı ilin fevralında start veriləcək.

            
 










