Belçika millisinin sabiq müdafiəçisi Zinho Vanhoysden 26 yaşında karyerasını sonlandıra bilər.
Matc.az xəbər verir ki, bu barədə "Nieuwsblad" məlumat yayıb.
Bu qərarın səbəbi son illərdə aldığı bir sıra ciddi zədələr ola bilər. Bu səbəbdən o, artıq gələn yay təqaüdə çıxmağı düşünür. Bir neçə gün əvvəl Vanhoysden karyerasında üçüncü dəfə çarpaz bağını qoparıb və bu, müdafiəçi üçün son damla ola bilər.
Bir vaxtlar Vanhoysden ən perspektivli belçikalı müdafiəçilərdən biri hesab olunurdu. "İnter" yetirməsi olan futbolçu Belçikanın müxtəlif yaş qrupları üzrə gənclər komandalarında 40 oyunda 9 qol vurub və 2020-ci ildə əsas millidə bir oyun keçirib.
Ötən yaydan bəri o, İspaniya çempionatının üçüncü divizionunda "Marbella"da oynayır.




_1763138608.jpg)







